Trüdo ilə xanımı peyvənd olundu

Dünya
24 Nis 2021
08:47
Kanada Baş naziri Castin Trüdo və xanımı Sofi Qrequar-Trüdo koronavirusa qarşı peyvənd olunublar.

“zirvetv.az "xəbər verir ki, bu barədə Trüdo tvitter səhifəsində bildirib.

Onlar “AstraZeneca” preparatının ilk dozunu alıb.

Siyasətçi qeyd edib ki, o və həyat yoldaşı peyvənd olunmalarına çox şaddılar.

Qeyd edək ki, Kanadada koronavirusa 1 170 004 yoluxma halı qeydə alınıb, 1 062 786 pasiyent sağalıb, 23 861 nəfər dünyasını dəyişib.