Argentinanın nəqliyyat naziri yol qəzasında öldü

Dünya
24 Nis 2021
08:37
Argentinanın nəqliyyat naziri Mario Meoni yol qəzasında həyatını itirib.

Bu barədə “zirvetv.az" TASS-a istinadən xəbər verir.

Onun məlumatına görə, nazirin idarə etdiyi avtomobil San-Andres-de-Hiles şəhəri ərazisində trasda çevrilib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Meoni nəqliyyat naziri vəzifəsinə 2019-cu ilin dekabrında təyin edilmişdi.