Rəsmi Moskva Çexiya səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.
“zirvetv.az ” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Çexiyalı diplomatlar Rusiya ərazisini 19 aprelin sonunadək tərk etməlidir.
Qeyd edək ki, Rusiya bu addımı Çexiyanın 18 rus diplomatı kəşfiyyatla əlaqədə ittiham edərək ölkədən çıxarmasından sonra atıb.