Britaniyada son sutkada 2206 nəfərdə koronavirus aşkar olunub

Dünya
18 Nis 2021
09:09
Böyük Britaniyada son sutka ərzində 2206 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 385 938 nəfərə çatıb.

Zirvetv.az Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 35 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 260 nəfərə çatıb.