Türkiyədə koronavirusa yoluxmada yeni rekord

Dünya
17 Nis 2021
00:17
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“zirvetv.az ” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 289 nəfər pandemiyanın qurbanı olub.

320 min 78 koronavirus testi aparılıb, onlardan 63 min 82-si müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 205-dir.

56 min 510 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 3 milyon 591 min 550-yə yüksəlib.