Türkiyə daha bir şəhid verdi
Türkiyə İraqda daha bir şəhid verib.
“zirvetv.az ” xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalındakı Başika hərbi baza bölgəsinə gecə saatlarında raketlə hücum edilib:
“Atılan üç raketdən biri hərbi baza bölgəsinə, digər ikisi kənd ərazisinə düşüb. Hücumda bir qəhrəman silah yoldaşımız həlak olub, kənddə yaşayan bir uşaq yaralanıb”.
Qeyd edilib ki, lazımi tədbirlər görülüb.