Dünyada koronavirusla bağlı son vəziyyət

Dünya
15 Nis 2021
07:12
Dünyada son bir gündə koronavirusa 679 mindən çox yoluxma qeydə alınıb. “zirvetv.az " xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 679 003 hal qeydə alınıb, “COVID-19”dan 10 367 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 136 996 364, ölüm hallarının sayı 2 951 832 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 30 949 496 nəfər virusa yoluxub. Daha sonra Hindistan (13 873 825) və Braziliya (13 517 808) gəlir.