Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Dünya
13 Nis 2021
09:04
Çində son sutka ərzində 9 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “zirvetv.az ” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 435-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 506 xəstə sağalıb.



Ölkədə 293 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4-nün vəziyyəti ağır qiymətləndirilir.