Türkiyədə 4,2 bal gücündə zəlzələ

Dünya
12 Nis 2021
08:16
Türkiyənin Çorum vilayətinin Dodurga rayonunda 4,2 bal gücündə zəlzələ olub.

"Zirvetv.az " xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.




Zəlzələ ətraf bölgələrdə də hiss olunub. Yeraltı təkan nəticəsində insan tələfatı yoxdur.

Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.