Almaniya Rusiya peyvəndini almaq istəyir

Dünya
10 Nis 2021
14:11
Almaniya Rusiyanın “COVID-19”a qarşı hazırladığı “Sputnik V” peyvəndi üçün rəsmi Moskva ilə ikitərəfli danışıqlara başlayacaq.

“zirvetv .az ” xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Jens Spahn KİV-ə açıqlamasında bildirib. O, bu barədə Avropa İttifaqına məlumat verdiklərini qeyd edib.

Spahn açıqlamasında peyvəndi müstəqil şəkildə alacaqlarını təsdiqləyib:

“Hər şeydən əvvəl, hansı miqdarda və nə vaxt alına biləcəyi barədə danışacağıq. “Sputnik V”yə 4-cü mərhələdə, ya da 2022-ci ildə ehtiyacımız ola bilər”.