Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Dünya
10 Nis 2021
06:40
Çində son sutka ərzində 14 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “zirvetv.az " bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 400-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 481 xəstə sağalıb.

Ölkədə 283 aktiv koronavirus xəstəsi var ki, onlardan da 3-nün vəziyyəti ağır qiymətləndirilir.