Türkiyədə yoluxma sayında azalma qeydə alındı
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
“Zirvetv.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sutka ərzində 185 nəfər pandemiyanın qurbanı olub.
Bu gün 246 min 210 koronavirus testi aparılıb, onlardan 41 min 998-i müsbət çıxıb.
22 min 674 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 3 milyon 105 min 350-yə yüksəlib.
Ağır xəstə sayı 2 min 311-dir.