Bolqarıstanda seçkilərin “exit-poll” nəticələri açıqlandı

Dünya
4 Nis 2021
22:49
Zirvetv.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, 25% səslə hakim “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda” partiyası qalib gəlib. “Belə bir xalq var” partiyası 17,1%, Bolqarıstan Sosialist Partiyası 16,7% səs, “Demokratik Bolqarıstan” 10,5%, “Hüquq və azadlıqlar uğrunda hərəkat” 10,2%, “Yüksəl. Mafiya rədd ol 5%, VMRO(Bolqarıstan milli hərəkatı) 4,7% səs toplayıb.

Qeyd edək ki, seçkilərdə 22 partiya, 8 seçki koalisiyası və müstəqil namizədlər iştirak ediblər. 240 deputat mandatı uğrunda 6 895 namizəd mübarizə aparıb.