Süveyş kanalında xeyli sayda iri və kiçik buynuzlu heyvanların olduğu gəmilər tıxacda qalıb

Dünya
30 Mrt 2021
10:36
Süveyş kanalının bloklanmasına görə 60,4 min qoyun və 421 inək olan beş gəmi altı gün tıxacda dayanıb.

Zirvetv.azSüveyş kanalında xeyli sayda iri və kiçik buynuzlu heyvanların olduğu gəmilər tıxacda qalıbn məlumatına görə, bu barədə Misir Kənd Təsərrüfatı və Meliorasiya Nazirliyi bildirib.

Məlumata əsasən, canlı heyvanların olduğu gəmilər İspaniya və Rumıniyadan Səudiyyə Ərəbistan istiqamətində gedib.

Nazir Əl-Səyyid əl-Quseyr qeyd edib ki, beş gəminin hamısında heyvan sağlamlığının ümumi vəziyyəti yaxşıdır, epidemiya və ya yoluxucu xəstəlik əlamətləri yoxdur.

Onlara 190 ton yem və 120 ton su verilib.