Gürcüstanda koronavirusa daha 365 nəfər yoluxub, 5 nəfər ölüb

Cəmiyyət
28 Mrt 2021
13:12

Gürcüstanda ötən sutka ərzində 25 934 test keçirilib, koronavirusa 365 yoluxma halı qeydə alınıb.
Zirvetv.azməlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 280 301 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 5 nəfər ölüb, 415 nəfər isə sağalıb.


Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 751 nəfər, sağalanların sayı isə 272 219 nəfər təşkil edir.