Azərbaycanda vaksinasiya olunanların SAYI açıqlanıb

Cəmiyyət
27 Mrt 2021
19:44
Martın 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24,446 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan zirvetv.az verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 518,879 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.