Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlandı

Cəmiyyət
26 Mrt 2021
14:34
Martın 25-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 19 427 nəfər vaksinasiya olunub.

Zirvetv.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 510 420 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.