Türkiyədə son sutkada koronavirusdan 17 761 nəfər sağalıb

Cəmiyyət
26 Mrt 2021
06:55
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 157 nəfər dünyasını dəyişib.

Zirvetv.az məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 30 619 nəfərə çatıb.




Bildirilib ki, ölkədə 28 731 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 120 013 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 19 186 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 900 829 nəfər təşkil edir.