Novavax" Avropa İttifaqına koronavirus peyvəndinin tədarükünü təxirə salır

Cəmiyyət
26 Mrt 2021
06:54

ABŞ-ən "Novavax" şirkəti koronavirusa (COVID-19) qarşı peyvəndin Avropa İttifaqına tədarükü ilə bağlı müqavilənin imzalanmasını bir neçə həftəlik təxirə salıb.

Zirvetv.az xəbər verir ki, "Novavax" nümayəndəsi Aİ ilə danışıqların davam etdiyini bildirib, lakin təfərrüatları barədə ətraflı danışmayıb.


Reuters-in məlumatına görə, şirkət birlik ölkələrinə Çex Respublikasındakı zavod da daxil olmaqla bir sıra ərazilərdə tədarük üçün dərman komponentlərini istehsal etməyi planlaşdırır.