Şəhid övladı atası ilə eyni gündə doğuldu (FOTO)

Cəmiyyət
24 Mrt 2021
13:48
Daha bir Vətən müharibəsi şəhidimizin övladı dünyaya gəlib.

Zirvetv.azin məlumatına görə, ötən gün şəhid Nadir Nadirlinin övladı dünyaya gəlib. Qız uşağına Nadya adı verilib.

Qeyd edək ki, Füzuli uğrunda canından keçən şəhid N.Nadirli 1993-ü ilin mart ayının 23-də doğulub. Onun ötən gün dünyaya gələn körpə atası ilə eyni gündə doğulub.