Azərbaycanda son sutkada 670 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib

Cəmiyyət
22 Mrt 2021
17:18
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 670 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan zirvetv.az verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.