Quba-Xınalıq yolu qardan təmizlənir (FOTO)

Cəmiyyət
22 Mrt 2021
13:16
Quba-Xınalıq yolu qardan təmizlənir (FOTO)
Bakı. Ceyhun Ələkbərov - Trend:

Quba-Xınalıq yolu qardan təmizlənir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən zirvetv.az verilən məlumata görə, şimal bölgəsinə yağan qar Quba-Xınalıq yolunda da müşahidə olunur.

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən yola xüsusi texnikalar cəlb olunub. Nəqliyyat vasitələrinin rahat gediş-gəlişi üçün yol qardan təmizlənir.