Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR

Cəmiyyət
27 Nis 2023
21:58


Zirvetv.az xəbər verir ki, 26.04.2023-cü il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mərkəzi Kitabxanası görkəmli yazıçı, pedaqoq, ədəbiyyatşünas, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirtdi.



Tədbirdə Siyəzən rayon Mərkəzi Kitabxanasının əməkdaşları,rayon ziyalısı Sürayyə Məcidova iştirak etmişdir.
Tədbirdə çıxış edənlər Mir Cəlalın zəngin həyat və fəaliyyəti haqqında danışıb, görkəmli yazıçı, ictimai və elm xadimi, qayğıkeş ata, xeyirxah insan, milli dəyərləri təbliğ və tərənnüm edən aydın kimi xarakterik özəlliklərini vurğulayıb. Mir Cəlal irsinin özünün bir dəyər olduğunu deyiblər. Mir Cəlal ömrünü gənc aydınlar, yazıçılar, alimlər üçün örnək ömür adlandırıb.O, XX yüzil Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində şöhrət tapmış parlaq şəxsiyyətlərdəndir. Mir Cəlal qiymətli hekayə və romanlar müəllifi kimi tanınıb, əlli illik məhsuldar yaradıcılıq fəaliyyəti dövründə, görkəmli nasir və alim kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli yerini tutub.XX yüzil Azərbaycan ədəbiyyatşünaslığının bir sıra uğurları, o cüm­lədən ədəbiyyat tarixi və dərsliklərinin yaradılması Mir Cəlal Paşayevin adı ilə sıx bağlıdır. O, “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin (2-ci cild), “Azərbaycan ədəbiyyatı tarixi”nin (2-ci cild), “XX yüzil Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslığın əsasları” kitablarının əsas müəlliflərindən, yaradıcı və təşkilatçılarından biridir.

ATAYEVA GÜNAY
ZİRVETV.AZ