Bakıda avtomobil beton maneəyə çırpılıb, ölən və xəsarət alanlar var

Cəmiyyət
18 Nis 2023
07:00



Bakının Sabunçu rayonunda ölümlə və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobilin beton maneəyə çırpılması nəticəsində, 25 yaşlı Əliyev Elxan Ziya oğlu hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan digər iki nəfər - 1999-cu il təvəllüdlü Çobanov Nurlan Hətəmxan oğlu və həmyaşıdı Abbasov Ceyhun Səyyad oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.