ADU tələbələrinə saqqal saxlamaq qadağan edilib? - AÇIQLAMA

Cəmiyyət
13 Nis 2023
21:51


Azərbaycan Dillər Universitetində tələbələrə saqqal saxlamağın qadağan edildiyi iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Tələbələr bildiriblər ki, rəhbərlik tərəfindən onlara saqqal saxlamağa icazə verilmir. Buna səbəb kimi "İran məsələləri" iddia edilib.

ADU-nun Mətbuat Xidmətinin rəhbəri Cavid Zeynallı Korrupsiya.com-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar düzgün deyil:

"Universitetdə belə qadağa yoxdur".