Bakalavr təhsili üzrə ixtisasların sayı artırılıb

Cəmiyyət
13 Nis 2023
21:49


Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların sayı artırılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, təsnifata Ümumi fiziki hazırlıq, Kütləvi-sağlamlaşdırıcı idman və Adaptiv bədən tərbiyəsi ixtisasları daxil edilib.

Yeni ixtisaslar səhiyyə, rifah və xidmət ixtisasları qrupuna aid olunub.