Şabran rayonunda "Elimizə bahar gəlir" adlı konsert tədbiri keçirilib

Cəmiyyət / Bölgə
18 Mrt 2023
11:04


Şabran rayonunda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Elimizə bahar gəlir" adlı konsert tədbiri keçirilib.



"ZirveTv" xəbər verir ki, bayram tədbirində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatının sədri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.



El şənliyində əvvəlcə Novruzun ən gözəl nümunələrindən olan bayram tonqalı alovlandırılıb.



Mərasimdə rayonun idman-sağlamlıq məktəblərinin, idarə, təşkilat və müəssisələrin təşkil etdiyi yaradıcılıq stendlərinin sərgisi keçirilib. Novruzun personajları olan Bahar qızın könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri sakinlərə xoş ovqat bəxş edib.




Daha sonra tədbir öz işini konsert proqramı ilə davam etdirib.
Respublikanın tanınmış sənətçilərinin iştirakı ilə keçən konsert proqramı böyük maraqla qarşılanıb.



Sonda tədbirin təşkilində fəal iştirak edən bir qrup şəxs və təşkilatlar Şabran rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə mükafatlandırılıb.