YAP Şabran rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

Cəmiyyət
16 Mrt 2023
07:48


Zirvetv.az xəbər verir ki, YAP Şabran rayon təşkilatının əməkdaşları və Partiya fəalları tərəfindən Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi "İlaxır çərşənbəsi"ndə ehtiramla anılmışdır.
İlk öncə Şabran rayonunda olan şəhid ailələri ziyarət olunmuş daha sonra, Şəhid ailələri, ilə birgə Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin məzarları önünə gül dəstələri qoymuş və onların ruhuna dualar oxunmuşdur.