Bakıda qohumlar arasında kütləvi dava olub, xəsarət alan var

Cəmiyyət
16 Mrt 2023
07:30


Bakının Səbail rayonunda qohumlar arasında dava olub.

"Report"un məlumatına görə, dava zamanı 1990-cı il təvəllüdlü Əsədov Sənan Vaqif oğlu xəsarət alıb.

S.Əsədov xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisə ilə bağlı araşdırma aparılır.