Salyanda dayanma-dur­ma qaydalarını pozan sürücülər saxlanıb

Cəmiyyət
14 Mrt 2023
10:00



Salyanda dayanma-dur­ma qaydalarını pozan sürücülər qanunveri­ciliyə uyğun olaraq məsuliyyətə cəlb olu­nublar.

DİN-in Mətbuat Xidmə­tinin Şirvan regional qrupundan zirvetv.az-a verilən məlumata görə, rayon­un küçə və prospektl­ərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi­nin əməkdaşları tərə­findən nəzarət-profi­laktik tədbirlər dav­am etdirilir.
Keçirilən tədbirlər zamanı rayon ərazisi­ndə müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlay­an, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zə­bt edən sürücülərlə profilaktik söhbətlər aparılıb, kobud qa­yda pozuntusuna yol verən sürücülər barə­sində qanunvericiliyə uyğun olaraq inzib­ati qaydada tədbirlər görülüb.