Azərbaycanda vəkillərin sayı açıqlanıb

Cəmiyyət
13 Mrt 2023
14:00


“Azərbaycan hazırda 2 min 300 nəfər vəkil fəaliyyət göstərir”.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında qardaş ölkədə səfərdə olan Azərbaycanın Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

“Bu gün Türkiyədə 170 minə yaxın vəkil fəaliyyət göstərir. Bu, çox böyük potensiala malik qüvvədir. Biz Azərbaycan vəkilləri olaraq ölkəmizin haqlı mövqeyini beynəlxalq səviyyədə daha yaxşı müdafiə etməkdən ötrü Türkiyə vəkillərinin imkanlarından geniş istifadə etməliyik. Azərbaycanda hazırda 2 min 300 nəfər vəkil var”, - deyə A.Bağırov vurğulayıb.