Şabranda həkimin üstünə dizel tökdülər

Cəmiyyət / Hadisə
11 Mrt 2023
00:17


Şabran rayonunda qadın intihara cəhd edib.

"ZirveTv"-nin əldə etdiyi məlumata görə, rayonun Dəvəçi kənd sakini Gilə Zalova Şabran Rayon Mərkəzi Xəstəxanasına (RMX) gələrək direktor Aslan Usubovun və öz üzərinə dizel yanacağı tökərək yandirmağa cəhd edib.

Ətrafda olan tibb işçilərinin köməkliyi ilə hadisənin qarşısı alınıb.

Hadisəyə səbəb isə G.Zalovanın ankaloji xəstə olduğu halda ona yardım edilməməsi olub.

Faktla bağlı araşdırma aparılır.