DİM “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsinə iştirakçı qəbulu elan edir

Cəmiyyət
21 Mrt 2021
16:05
Dövlət İmtahan Mərkəzi (DİM) Sankt-Peterburq Dövlət Universiteti (SPDU) ilə əməkdaşlıq çərçivəsində “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayır və layihə çərçivəsindəki təlimlərə iştirakçı qəbulu elan edir.

Layihə iştirakçılarına qoyulmuş əsas tələblər:

- Rus dili mütəxəssisi, müəllim və ya yoxlama-ölçmə, qiymətləndirmə işləri ilə məşğul olan təhsil işçisi olmaq;
- Rus dili üzrə ən azı B2 səviyyəsində dil bacarığına sahib olmaq (müvafiq sertifikatın olması üstünlükdür);
- Təlimlərdə davamlı iştirak etmək imkanı;
- DİM ilə əməkdaşlıq etməkdə maraqlı olmaq.

Təlim onlayn platforma üzərindən rus dilində keçiriləcək. Təlimçilər SPDU-nun Test Mərkəzinin rus dili üzrə aparıcı mütəxəssisləridir. Təlimdə iştirak edənlər aşağıdakı mövzulara dair bilik və bacarıqlara yiyələnəcəklər: