Əfv olunan 625 məhkumdan 475-i bu gün azadlığa buraxıldı

Cəmiyyət
19 Mrt 2021
17:39
Əfv olunan 625 məhkumdan 475-i bu gün azadlığa buraxıldı


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamın icrası həyata keçirilib.

Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub. 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad edilib.

Trend-in əməkdaşları da bir neçə cəzaçəkmə müəsisəsində olub, əfv olunma prosesini izləyib.

Prosesdən olan görüntüləri təqdim edirik