Böyrək və dializ xəstələri virusa qarşı peyvənd oluna bilər?

Cəmiyyət
22 Ock 2021
13:47
Böyrək və dializ xəstələri virusa qarşı peyvənd oluna bilər?


Böyrək və dializ xəstələri üzərində aparılan araşdırmalara görə onlar da virusa yoluxduğu zaman sağlam insanlar kimi eyni simptomları keçirirlər.

Korrupsiya.az xarici KİV-ə istinadən bildirir ki, belə xəstələrdə yoluxma zamanı əlavə problemlərə rast gəlinmir. Normal insanlarda olduğu kimi onlar da Covid-19-a qarşı eyni müalicə alırlar. Bu zaman belə bir sual ortaya çıxır. Bəs böyrək və dializ xəstələri də virusa qarşı peyvənd oluna bilərmi?

Həkimlərin sözlərinə görə, bu tip xəstələr yoluxmanı normal keçirdiyindən onlar peyvənd oluna bilərlər. Onlara illərdir qrip və sətəlcəm əleyhinə peyvəndlər edilir. Amma yenə də virusa qarşı peyvənd olunub-olunmamaq bu tip xəstələrin öz seçimi əsasında həyata keçirilir.