Partlayışda xəsarət alan aktyor xəstəxanadan evə buraxıldı

Cəmiyyət
12 Mrt 2021
10:29
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman müalicə aldığı xəstəxanadan evə buraxılıb.

“Zirvetv” xəbər verir ki, bu barədə teatrın ədəbi dram hissə müdiri Həmidə Rüstəmova feysbukda məlumat verib.

Onun sözlərinə görə, C.Telmanın səhhətində sürətli irəliləyiş getdiyindən və ciddi təhlükə yaşanmadığından o, qalan müalicəsini evində, yataq şəraitində davam etdirəcək.

Xatırladaq ki, bir neçə həftə əvvəl mənzilində qaz partlayışı nəticəsində yanıq xəsarətləri alan aktyor 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilmişdi.