Müəllim olmaq istəyənlər üçün onlayn müsahibələr fevralın 5-dən başlayır

Cəmiyyət
2 Şub 2021
13:04
Müəllim olmaq istəyənlər üçün onlayn müsahibələr fevralın 5-dən başlayır

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti onlayn müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndərilib.

zirvetv.az "Report"-a istinadən xəbər verir ki, MS Teams platforması üzərindən həyata keçiriləcək müsahibələr fevralın 5-dən etibarən başlanılacaq.

Onlayn müsahibə mərhələsinə 2 948 nəfər dəvət olunub. Həmçinin namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmağı tövsiyə olunur.