Vaksinasiya həyatımızda önəmlidirmi? - VİDEO

Cəmiyyət
1 Şub 2021
17:49
Vaksinasiya həyatımızda önəmlidirmi? - VİDEO



Koronavirusun yeni ştammı olan və çox təhlükəli hesab edilən Britaniya ştammı artıq Azərbaycanla qonşu ölkələrdə də yayılıb.

Türkiyədə artıq yoluxma halları aşkar edilib. Bu isə yeni ştammın tez bir zamanda ölkəyə gəlməsini qaçılmaz edir.

Həkim Adil Qeybulla Baku TV-yə bildirib ki, vaksinlərin virusun yeni ştammına qarşı nə dərəcədə təsirli olacağı bilinmir. Bu mənada həkim insanları karantin qaydalarına ciddi riayət etməyə çağırır.

Qeyd edək ki, koronavirusun mutasiyaya uğrayan yeni növü 70 faiz daha yoluxucudur. Artıq bu virusa dünyanın 50-dən çox ölkəsində rast gəlinib. Dünya səhiyyə təşkilatı da yeni növ virusla bağlı həyəcan təbili çalıb. Bütün dünya dövlətlərinə təhlükəsizlik və tibb sahəsində keyfiyyəti artırmaqla bağlı çağırış edilib.

Ətraflı süjeti təqdim edirik: