Şəhidin uşaqlıq videosu hər kəsi QƏHƏRLƏNDİRDİ- VİDEO

Cəmiyyət
29 Ock 2021
15:55
Şəhidin uşaqlıq videosu hər kəsi QƏHƏRLƏNDİRDİ- VİDEO


Elmir Vidadi oğlu Nəcəfov 21 mart 2002-ci ildə Gəncə şəhərində doğulub.

Ümumi orta təhsilini 28 nömrəli tam orta məktəbdə alıb. Gəncə peşə liseyində təhsilini davam etdirib.
zirvetv.az Big.az-a istinadən xəbər verir ki, Elmir əsgərliyə getmədən öncə yaxınlarına "ürəyimə damıb ki, şəhid olacağam" deyib.Anasına da "şəhid olsam, ağlama, başını dik tut" deyib son görüşündə.

Qardaşının sözlərinə görə, Elmir hər zaman Mübariz İbrahimov haqqında videolara baxıb deyirmiş ki, "gör, necə oğullar gedib bu dünyadan". Elmir hələ uşaq ikən "Canımı bu Vətənə verərəm" söyləyib.

Videolarda əks olunan bu görüntülər bir daha göstərir ki, bu oğullar elə Vətən üçün doğulurlar.

Elmir Nəcəfov 2 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. dir.

Sözügedən videonu təqdim edirik: