YAŞAT" Fondu tərəfindən indiyə qədər xərclənən vəsaitin həcmi açıqlanıb
YAŞAT" Fondu tərəfindən indiyə qədər 3 milyon manatdan artıq vəsait xərclənib.
Zirvetv.az in "məlumatına görə, bunu Fondun rəhbəri Elvin Hüseynov deyib. Onun sözlərinə görə, fond tərəfindən 94 ağır yaralı qazi Türkiyəyə göndərilib:
"Onlardan 32-i sağalaraq geri qayıdıb. Həmçinin daha 5 qazi bu həftə müalicəyə göndəriləcək".
E.Hüseynov bildirib ki, 38 körpənin adına 5 min manatlıq bank hesabı açılıb:
"Ümumilikdə isə müharibədən sonra 90 şəhid övladı dünyaya gəlib".