Qazaxıstanda koronavirusa yoluxanların sayı 386 mini ötüb

Cəmiyyət
31 May 2021
09:19
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 405 yoluxma halı qeydə alınıb.

Zirvetv.azin məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 386 549, ölənlərin sayı isə 3 955 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 436 nəfər, hazırkı dövrədək isə 355 981 nəfər sağalıb