Türkiyədə son sutkada koronavirusdan 11 192 nəfər sağalıb

Cəmiyyət
26 May 2021
08:01
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 175 nəfər dünyasını dəyişib.

Zirvetv.az in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 46 621 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 9 375 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 203 385 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 11 192 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 045 508 nəfər təşkil edir.