Bu yay çimərliklərin fəaliyyətinə icazə veriləcək - RƏSMİ

Cəmiyyət
25 May 2021
14:45
Azərbaycanda 10 iyun tarixindən etibarən çimərliklərin fəaliyyətinə icazə veriləcək.

Zirvetv.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, çimərliklərlə bağlı ötən il tətbiq olunan qaydalar bu il də tətbiq ediləcək.