Bakıda salınmış "Yaşıl qələm" jurnalistlər bağı bar verib

Cəmiyyət
21 May 2021
19:59

Bakının Zığ şossesinin kənarında jurnalistlərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə salınmış “Yaşıl qələm” jurnalistlər bağına mediatur təşkil edilib.

Zirvetv.az _in "məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media qurumlarının rəhbərləri, tanınmış jurnalistlər və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə əkilən meyvə ağaclarına baxış keçirilib. Jurnalistlərin əkdiyi ağaclar artıq bar verməyə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə açıqlamasında bildirib ki, 2 il öncə jurnalistlərin təşəbbüsü və iştirakı ilə salınmış “Yaşıl qələm” bağında bu gün gözəl mənzərənin şahidi olduq. Çox sevindiricidir ki, jurnalistlərin saldığı bağ 100 faiz bitib, heç bir ağac qurumayıb. Artıq ağaclar bar verməyə başlayıb, ərazidə yaşıllıq örtüyü yaranıb.
Abşeron yarımadasının yaşıllaşdırılmasında jurnalist həmkarlarımızın hamılıqla iştirak etməsi sevindiricidir”.


Xatırladaq ki, 2019-cu ilin martın 10-da 100-dən çox jurnalistin iştirakı ilə sözügedən ərazidə yapon əzgili, feyxoa, nar, ərik ağacları əkilmiş və bağa "Yaşıl qələm" adı verilmişdi.