4 ay ərzində 42,4 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib

Cəmiyyət
21 May 2021
19:47
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 42,4 minədək işsiz və işaxtaran şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Bu barədə zirvetv.az agentlikdən bildiriblər. Onlardan 38217-nin münasib işlərlə təminatı həyata keçirilib. İşsiz və işaxtaran şəxslərin kiçik bizneslərə yiyələnməsinə imkan yaradan özünüməşğulluq proqramına isə 4158 nəfər cəlb olunub.

Sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla, tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair xüsusi tələblərə riayət edilərək, 2021-ci üzrə peşə hazırlığının təşkili işlərinə də başlanıb. 18 işsiz və işaxtaran şəxs dərzi peşəsi üzrə hazırlıq kursuna cəlb olunub