Bu yolda hərəkət məhdudlaşdırılır

Cəmiyyət
20 May 2021
13:31
Xətai rayonunda küçədə aparılan təmir işlərinə görə, hərəkət məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən zirvetv.az verilən məlumata görə, Xətai rayonu, Kazımağa Kərimov küçəsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətində mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 42 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.