Şuşadan SON GÖRÜNTÜLƏR - MÖHTƏŞƏM
Şuşanın dağları başı dumanlı... Yox, yox, dumanlı deyil, güllük, gülüstanlıqdır. Bu dəfə yolumuzu Qala şəhərdən saldıq. Gözümüzün rəqs etdiyi, ruhumuzun qol qaldırıb oynadığı Şuşadayıq.
Şəlalələrin günəşlə öpüşdüyü, axar suların meşələrin yaşıllıqları ilə sevişdiyi Şuşaya bu dəfə yaz bir başqa gəlib: sahibləri, ilk göz ağrıları ilə...
Şuşa bu yaz nazlı sevgilini xatırladır. Artıq abadlaşdırma işlərinə də başlanılıb. Narın yağışın müşayiətilə yenidən qurulan Şuşanı “gəlinlik donu”nda görmək adama bir ayrı ləzzət verir.
Zirvetv.az sizi xarıbülbülün vətənindən salamlayır