“WhatsApp” 30 milyon abunəçisini itirdi

Cəmiyyət
27 Ock 2021
11:40
“WhatsApp” 30 milyon abunəçisini itirdi



Dünyanın ən məşhur mesajlaşma tətbiqi “WhatsApp” yeni gizlilik prinsiplərini elan etdikdən sonra son üç həftə ərzində 30 milyon abunəçisini itirib.

zirvetv.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilib ki, abunəçilərin 25 milyonu "Telegram", qalanları isə "Siqnal" mesencerlərinə üstünlük veriblər.

Qeyd edək ki, “WhatsApp” fərdi məlumatların "Facebook"a ötürülməsinə dair istifadəçi razılaşmasına yeni əlavə olunmuş bəndin tətbiqini fevralın 8-nə planlaşdırırdı. Şirkətdən verilən son məlumatlara əsasən, yeni tətbiqin tarixi mayın 15-nə dəyişdirilib.