"8 Noyabr" stansiyası nə zaman hazır olacaq? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət
26 Ock 2021
10:58
"8 Noyabr" stansiyası nə zaman hazır olacaq? - RƏSMİ AÇIQLAMA


Bakı Metropoliteninin yeni stansiyasına Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə "8 Noyabr" adı verilib.Hazırda tikintisi davam etməkdə olan stansiya Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir. Bu gün hər kəsi maraqlandıran sual "8 Noyabr" stansiyasının nə zaman hazır olacağıdır.

zirvetv.az Big.az-a istinadən xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda tikintisi davam etməkdə olan metrostansiya Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir:

"Stansiyanın 2021-ci ilə qədər istifadəyə verilməsi gözlənilir.Son tamamlanma və infrastrukturun qurulması istiqamətində hazırlıqlar davam edir. Bu elə mərhələdir ki, həm həlledici, həm genişmiqyaslı, həm də əhəmiyyəti böyük olan işlərdir. Metro mürəkkəb sistem olduğu üçün adətən bu işlər bir-biri ilə zəncirvari formada əlaqəli olur. Onların hər biri işlək vəziyyətdə olmalıdır. Çünki metro işlək vəziyyətdə olmaldır ki, sərnişlərin təhlükəsizliyi tam təmin edilə bilsin. Bütün bu işlərin görülməsi də bir-biri ilə həm zəncirvari, həm də texnoloji baxımından əlaqəlidir. Əlbəttə, kompleks şəkildə bütün işlər davam etdirilir. Stansiyanın tam olaraq nə zaman hazır olacağı ilə bağlı konkret gün və ay söyləmək mümkün deyil. Çünki tamamlama işlərinin özünəməxsus xüsusiyyətləri var. Ona görə də bu haqda fikir səsləndirməyim düzgün olmaz".