Qubada Milli Qurtuluş Günü münasibətilə konsert təşkil olunub

Bölgə
15 Haz 2023
18:44


Quba rayonunda Milli Qurtuluş Günü qeyd olunub.


"ZirveTv"nin məlumatına görə, Milli Qurtuluş Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsi rayon rəhbərliyi və rayon ictimaiyyəti tərəfindən ziyarət olunaraq önünə tər gül dəstələri düzülüb.

Konsertdən əvvəl Quba rayon İcra Hakimiyyətinin 1-ci müavini Taryel İbrahimov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri barədə məruzə ilə çıxış edib.

T.İbrahimov Milli Qurtuluş Günü ilə bağlı geniş məlumat verərək Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi günün dövlət bayramı kimi qeyd edilməsinin dərin kökləri olduğunu vurğulayaraq bildirib ki, H. Əliyev ölkə həyatının bütün sahələrinə, o cümlədən bölgələrin sosial-iqtisadi rifahının yüksəldilməsinə də böyük diqqət yetirib.
O, Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

Bayram tədbirində çıxış edən digər natiqlərdə ötən əsrin 90-cı illərinin ictimai-siyasi hadisələrindən, 1993-cü ilin iyununda respublikamızda yaranmış ağır ictimai-siyasi vəziyyətdən, belə bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıblar.

Daha sonra respublikamızın tanınmış ifaçıları olan Rəşad İlyasov, Çinarə Veysəlli, Namiq Qaraçuxurlu və Damlanin iştirakı ilə konsert proqramı davam etdirilib.